AZ

Baş məşqçi ilə dalaşan hücumçunu “Qalatasaray” transfer etmək istəyir

“Atalanta”nın hücumçusu Ademola Lukman ilə komandanın baş məşqçisi İvan Yuriç arasında “Marsel” ilə görüş zamanı yaranan gərginlik klubun transfer planlarına təsir edib.

İdman.Biz xəbər verir ki, hadisədən sonra Berqamo təmsilçisi nigeriyalı hücumçunu mövsümün qış fasiləsində satmaq barədə qəti qərar verib.

Türkiyə mətbuatının məlumatına görə, “Qalatasaray” Lukmanla maraqlanır və bu proses Barış Alper Yılmazın mümkün transferindən asılı deyil. İstanbul klubunun yaxın günlərdə rəsmi danışıqlara başlaması gözlənilir.

“Qalatasaray” rəhbərliyinin əsas məqsədi hücum xəttində sürət və çeviklik xüsusiyyətlərini artırmaqdır və Lukman bu profilə uyğun futbolçu kimi görülür.

Transfer məbləği və müddətlə bağlı dəqiq rəqəmlər hələlik açıqlanmayıb.

Xatırladaq ki, “Real Madrid”in hücumçusu Vinisius Juniorla baş məşqçi Xabi Alonso arasında münasibətlərin soyuması fonunda, klub braziliyalı futbolçu üçün minimum 150 milyon avro (təxminən 277 milyon AZN) qiymət müəyyən edib və məşqçi-futbolçu münaqişəsi transfer ehtimallarını gündəmə gətirib.

İdman.Biz

Seçilən
52
1
idman.biz

2Mənbələr