AZ

Azərbaycan mətbuatı klassik ənənələrini qoruyaraq yaşamalıdır - Akif Aşırlı

Bakı. Trend:

Sosial medianın inkişafı və informasiya axınının sürətlənməsiklassik medianın mövqeyinə təsir etsə də, qəzetlər öz varlıqlarınıqoruyub saxlamalıdır.

Trend xəbərverir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilininnormalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən “Çapvə onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlərvə həll yolları” mövzulu panel sessiyada “Şərq” qəzetinin başredaktoru Akif Aşırlı deyib.

O bildirib ki, bu gün Azərbaycan mətbuatı, xüsusilə də klassikmətbuat ənənələri sosial media mühitində öz təsirini müəyyən qədəritirsə də, hələ də böyük dəyər daşıyır:

"Hesab edirəm ki, Azərbaycanda klassik media ənənələriyaşamalıdır. Çünki qəzetlər təkcə informasiya vasitəsi deyil, həmdə düşüncə mədəniyyətidir. Bəzən oxucu auditoriyası azalsa da, bunəşrlər milli informasiya tariximizin əsas dayaqlarıdır.

Qəzetlərin yaşadılması və onların fəaliyyətinin dəstəklənməsiüçün yeni yanaşmalar tapılmalıdır. Bu sahədə müxtəlif variantlarmövcuddur, lakin əsas məsələ qəzetlərin gündəlik olaraq ictimairəyə təsir imkanlarını qorumaqdır. Sosial mediada fikir bildirməkasandır, amma bu, qəzetdə yazılan analitik sözün dəyərini əvəzetmir. Biz bu dəyərləri yaşatmalı və onları gələcək nəsillərəötürməliyik”.

Məqalədə:
Seçilən
22
2
az.trend.az

3Mənbələr