Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycanın yeniyetmə taekvondoçusu Elmir Səlimov Yunanıstanın Afina şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsüyə qalxıb.
Taekvondo Federasiyasından AZƏRTAC-a bildirilib ki, 53 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gümüş medala layiq görülüb.
Ötən gün start götürən yarışa noyabrın 8-də yekun vurulacaq.