Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Bolivar Respublikasının hökuməti Venesuelada sülhü, rifahı, demokratiyanı və azadlığı təmin edir”
“Venesuelada siyasət, iqtisadiyyat və sülh ABŞ-dan asılı deyil”. AYNA.AZ xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Televisión” televiziya kanalında deyib.
"Əsl demokratiya Venesuela demokratiyasıdır. Venesuelada nə iqtisadiyyat, nə siyasi həyat, nə sosial həyat, nə də sülh qrinqoların yazdıqlarından və ya dediklərindən asılı ola bilməz. ABŞ-da üstünlük kompleksi çiçəklənsə də, Bolivar Respublikasının hökuməti Venesuelada sülhü, rifahı, demokratiyanı və azadlığı təmin edir", - deyə Prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, "yeni Venesuelanın iqtisadi rifahı və böyüməsi xaricdəki heç kimdən asılı deyil və venesuelalıların zəkasından və məhsuldar potensialından asılıdır".
O hesab edir ki, demokratiyalar mövcud modelləri təqlid etməməlidir və "Venesuelada birbaşa demokratiya nümunəvidir".
Qeyd edək ki, Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə kifayət qədər mübarizə aparmamaqda günahlandırır. Bu bəhanə ilə ABŞ Karib dənizi bölgəsinə böyük hərbi qüvvələr yerləşdirib. 7 oktyabrda ABŞ Prezidenti Donald Tramp Venesuela ilə gərginliyin diplomatik yolla həllinə nail olmaq üçün bütün cəhdlərin dayandırılmasını əmr edib. O həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada təxribat əməliyyatlarına başlamağa icazə verib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.