AZ

Tramp ilə Tokayev 17 milyard dollarlıq müqavilələr imzalayıblar

ain.az, Hurriyyet saytına istinadən bildirir.

Hurriyyet.az xəbər verir ki, Qazaxıstan ilə ABŞ aviasiya, mineral ehtiyatlar və rəqəmsal texnologiya sahələrində əməkdaşlıqla əlaqədar ümumi dəyəri 17 milyard dollardan çox olan müqavilələr imzaladılar.

Bu məlumat ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi mətbuat konfransında açıqlanıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Donald Trampın prezidentliyinin tarixi mahiyyətini qeyd edib, onun rəhbərliyi altında ABŞ-nin aparıcı qlobal iqtisadi, siyasi və texnoloji güc kimi mövqeyini möhkəmləndirdiyini söyləyib.

Qazaxıstan Prezidenti Amerika liderinin daha təhlükəsiz, sabit və çiçəklənən bir dünyanın təmin edilməsinə həlledici töhfə verdiyini vurğulayıb.

Tokayev Qazaxıstanın ABŞ Prezidentinin sülhməramlı təşəbbüslərini, o cümlədən, Orta Dəhlizin daha da inkişaf etdirilməsinə kömək edə biləcək Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) - Zəngəzur dəhlizi təşəbbüsünü dəstəklədiyini bildirib.

Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
hurriyyet.az

2Mənbələr