AZ

Şəmkirdə Zəfər Günü münasibətilə qazi və şəhid ailələri ilə görüş keçirilib

Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, Elm və Təhsil İşçiləri Həmkarlar İtiffaqı Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, YAP Şəmkir rayon təşkilatının əməkdaşları, qazi və şəhid ailələrinin üzvləri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsilə başlanıb sonra Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Çıxış edənlər 8 Noyabr - Zəfər Gününün xalqımızın şanlı tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirərək, şəhidlərin unudulmaz xatirəsini ehtiramla yad ediblər.Şagirdlərin ifasında səslənən musiqili kompozisiyalar Zəfər Gününün əzəmətini və xalqımızın qəhrəmanlıq ruhunu özündə əks etdirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
yeniazerbaycan.com

2Mənbələr