AZ

Luvr muzeyindən oğurluq edən şəxs fenomen imiş - FOTO

19 oktyabrda Fransanın Paris şəhərindəki Luvr Muzeyində baş verən soyğunda şübhəli bilinənlərdən birinin sosial şəbəkə fenomeni olduğu ortaya çıxıb.

Ölkə.Az “hurriyet”ə istinadla xəbər verir ki, saxlanılan şübhəlilərdən birinin motosiklet həvəskarı və sosial şəbəkə paylaşımları ilə tanınan Abdoulaye N. olduğu məlum olub.

Soyğundan 6 gün sonra Paris yaxınlığındakı evinde ələ keçirilən 39 yaşlı Abdoulaye yutub və TikTok platformlarında “Doudou Cross Bitume” istifadəçi adı ilə videolar paylaşıb.

Bildirilib ki, Paris küçələrində akrobatik tryuklar edərkən fenomenin videolarında görünən motosiklet soyğun zamanı istifadə olunub.

Qonşuları Abdoulaye ni"yardımsevər və nəzakətli bir insan" kimi təsvir edib.

Fenomenin Parisdəki “Pompidou müasir incəsənət muzeyi”ndə mühafizəçi işlədiyi və əvvəllər zərgər soyğunçuluğunda iştirakına görə 3 il həbs cəzası çəkdiyi üzə çıxıb.

Qeyd edək ki, 19 oktyabr səhər saatlarında 4 oğru hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35 min sənət əsərinin nümayiş olunduğu məşhur Luvr Muzeyinə gedib. Onlar binanın xaricindəki yük maşınının yük liftindən istifadə edərək pəncərəni sındırıb tac cəvahiratlarının nümayiş olunduğu Apollo Qalereyasına daxil olublar.

Oğrular 9 sənət əsərini oğurlayıblar və qaçan zaman III Napoleonun həyat yoldaşı imperatriça Yevgeniyaya məxsus tacı yerə atıblar. Tac muzeyin xaricində zədələnmiş vəziyyətdə tapılıb. Oğrular daha sonra hadisə yerindən motosikletlərlə qaçıblar.

Billurə

Seçilən
40
3
olke.az

4Mənbələr