AZ

Səadət Məmmədova: ""Həsəd" və "həsrət" sözünü bir-birindən fərqləndirməyən gənclər var"

"Həsəd" və "həsrət" sözünü bir-birindən fərqləndirə bilməyən gənclər var.

"Cebheinfo.az" xəbər verir ki, bunu Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, nitq mədəniyyəti hazırda orta təhsil bazasında belə yoxdur:

"Biz indi internet dilində danışan bir nəsil ilə üz-üzəyik. Sosial media dili ilə efir dili arasında sərhədlər çox böyükdür. Təsəvvür edin, "həsəd" və "həsrət" sözünü bir-birindən fərqləndirə bilməyən gənclər görmüşəm. Azərbaycan yeganə ölkədir ki, ana dilimizin içərisinə yad sözlər qatanda daha savadlı göründüyümüzü düşünürük. Efir dili həm də mədəniyyət formalaşdırır".

"Cebheinfo.az" 

Seçilən
55
cebheinfo.az

1Mənbələr