AZ

Qrossi: ” İran nüvə obyektlərini təxminən bir ilə bərpa edə bilər” 

Dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, “France 24” telekanalına müsahibədə, İranın nüvə obyektlərini bir il ərzində bərpa edə biləcəyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Qrossi, ABŞ və İsrailin hücumlarına baxmayaraq, İranın Nətənz və Fordo nüvə obyektlərində hələ də kifayət qədər zənginləşdirilmiş uran olduğunu və yaxın gələcəkdə nüvə silahı hazırlamaq üçün lazımi texnologiya və biliklərə sahib olduğunu qeyd edib.

İranın xarici işlər naziri Abbas Əraqçı, ölkəsinin nüvə obyektlərindəki dağıntıların altında 400 kiloqram 60 faiz zənginləşdirilmiş uran qaldığını iddia edib. Ancaq AEBA bu iddianı nə təsdiqləyib, nə də təkzib edib, çünki müfəttişlərə İran ərazisinə daxil olmaq icazəsi verilmir.

Seçilən
59
veteninfo.az

1Mənbələr