AZ

PA-nın sektor müdiri: Qloballaşma ilə Azərbaycan dilinin saflığının qorunması arasında balans yaratmaq mümkündür

BAKI, 7 noyabr. TELEQRAF

“Son illər Azərbaycan dilinin qorunması istiqamətində vacib addımlar atılıb. Qanunvericilik bazası təkmilləşdirilib, təhsil ocaqlarında Azərbaycan ədəbi dilin normalarının öyrənilməsinə xüsusi diqqət göstərilir, dilin saflığının qorunması və yad təsirlərdən qorunması üçün mühüm işlər görülür”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə səsləndirdiyi dəyərli fikirləri, eləcə də 10 il əvvəl qaldırdığı bu məsələyə yenidən diqqət çəkməsi dövlət rəhbərliyinin bu sahəyə nə qədər həssas yanaşdığını və necə önəm verdiyini göstərir.

O qeyd edib ki, qloballaşma ilə dilin saflığının qorunması arasında balans yaratmaq mümkündür

“Qloballaşma bu günün reallığıdır, qaçılmazdır. Bu, digər sahələrdə olduğu kimi dilin özünəməxsusluğunun qorunmasına da təsir göstərir. Yeni terminlər Azərbaycan dilini həm zənginləşdirə bilər, həm də əksinə ona ziyan vura bilər.

Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını zəiflədir. Buna görə də yeni terminlərin dilimizə uyğunlaşdırılmasında media və dilçilərin üzərinə böyük məsuliyyət düşür. Bütün hallarda Azərbaycan dilinin saflığı qorunmalıdır”.

Seçilən
75
teleqraf.com

1Mənbələr