AZ

Şahbaz Şərif bu gün Bakıya gəlir


Pakistanın Baş naziri Şahbaz Şərif 7-8 noyabrda Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. XİN-də qeyd ediblər ki, Azərbaycana səfəri çərçivəsində Ş.Şərif Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.
"Səfər zamanı Baş nazir Qələbə Günü münasibətilə keçirilən rəsmi mərasimlərdə iştirak edəcək və Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirəcək. Danışıqlarda əsas diqqət ikitərəfli münasibətlərin bütün spektrinin müzakirəsinə və ticarət, investisiya, enerji, müdafiə, təhsil və regional əməkdaşlıq daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün yeni istiqamətlərin müəyyən edilməsinə yönələcək", - Pakistan XİN-in məlumatında deyilir.

Mətləb

Seçilən
28
7
baki-xeber.com

10Mənbələr