AZ

ABŞ-də hərbi bazaya hücum edildi

ABŞ-də hərbi bazaya hücum olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hücum Merilənd ştatındakı hərbi bazada baş verib.

CNN-in "Joint Base Andrews " aviabazasına yaydığı məlumata görə, hərbi bazaya şübhəli bağlama çatdırılıb. İçərisində ağ kimyəvi toz olan bağlama açıldıqdan sonra bir neçə nəfərin səhhətində problemlər yaranıb və onlar xəstəxanaya yerləşdirilib.

Məlumatda həmçinin bağlamanın açıldığı binanın boşaldıldığı bildirilir.

Hadisə Xüsusi İstintaq Bürosu tərəfindən araşdırılır.

Billurə
 

Seçilən
20
1
olke.az

2Mənbələr