ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi beynəlxalq enerji şirkəti “Gunvor Group”a hazırkı şəraitdə biznes fəaliyyəti üçün lisenziya verməyəcəyini bəyan edib. AzPost “Reuters” agentliyinə istinadla xəbər verir ki, qərar Ukraynada davam edən münaqişə ilə bağlı qəbul olunub.
Nazirlikdən bildirilib ki, şirkət yalnız vəziyyət tam şəkildə nizamlandıqdan sonra fəaliyyətini bərpa edə və mənfəət əldə edə biləcək. Rəsmi açıqlamada qeyd olunub ki, ABŞ administrasiyasının mövqeyi prezident Donald Trampın bu məsələdəki baxışı ilə üst-üstə düşür.
Maliyyə Nazirliyi eyni zamanda “Gunvor Group”un Rusiya ilə mümkün əlaqələri barədə iddiaları da xatırladıb. Bu səbəbdən şirkətə istənilən kommersiya fəaliyyətinə dair xüsusi icazənin verilməsi məqsədəuyğun sayılmayıb.
Hadisədən sonra “Gunvor” “Lukoyl” şirkətinin bəzi aktivlərini almaq barədə təklifini geri çəkib. Mütəxəssislərin fikrincə, bu qərar enerji bazarında şirkətin planlaşdırılan genişlənməsinə ciddi təsir göstərə bilər.
Şirkətin rəhbəri Torbyorn Tornkvist daha əvvəl bildirmişdi ki, “Gunvor” sanksiyalar aradan qaldırıldıqdan sonra Rusiya ilə əməkdaşlığa qayıtmağa hazırdır. O, qeyd etmişdi ki, sanksiyalardan əvvəl “Gunvor” Rusiya mənşəli enerji və xammal məhsullarının beynəlxalq ticarətində fəal rol oynayırdı.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.