AZ

"Əcnəbi söz isə mütləq şəkildə həmişə bir parça kimi gözümüzə girir" -AMEA dilçilik İnstitutunun direktoru

"Alınma söz - dilə ehtiyacdan gələn sözlərdir ki, biz onların qarşısını heç nə ilə tuta bilmirik. Mütləq şəkildə bütün dünyada işlənən beynəlmiləl sözlərin bizdə də işlənməsi günah deyil".

Redaktor.az xəbər verir ki, bu fikirləri AMEA dilçilik İnstitutunun direktoru Nadir Məmmədli “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransda deyib.

O qeyd etdi ki, ancaq bunun nomenklatur işarəsi dildə yoxdursa, o söz gəlməlidir:

"Yoxsa, dildə nomenklatur ifadəsi var, bunu adlandıran söz var və ikinci dəfə bir əcnəbi sözü gətirirsənsə, bu, bizə yad söz olur. Ona görə biri olur alınma söz - dilə ehtiyacdan gələn söz, biri olur əcnəbi söz. Əcnəbi söz isə mütləq şəkildə həmişə bir parça kimi gözümüzə girir, yadlığını hiss etdirir. Ondan biz qaça bilmirik".

Aytəkin TOFİQQIZI

Seçilən
28
1
redaktor.az

2Mənbələr