AZ

Tramp yuxarıdan göndərilib Tokayevdən ilginc tərif

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp böyük dövlət xadimidir. O, ölkə siyasətində sağlam düşüncəni bərpa etmək üçün yuxarıdan göndərilib”.

Globalinfo.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Düz bir il əvvəl Tramp tamamilə ədalətli seçkilərdə böyük bir qələbə qazandı. Əminəm ki, o, sağlam düşüncə və ənənəvi dəyərləri ABŞ siyasətinə qaytarmaq üçün yuxarıdan göndərilmiş böyük dövlət xadimidir”, – bildirib.

Tokayev həmçinin Trampın siyasətinin bütün dünyada dəstəkləndiyini qeyd edib.

Xatırladaq ki, Donald Tramp noyabrın 6-da Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşüb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
globalinfo.az

2Mənbələr