AZ

Yazılı və şifahi mediada dil normaları ilə problemlər mövcuddur - AMEA rəsmisi

Bakı. Trend:

Yazılı və şifahi mediada dil normaları ilə problemlər var.

Trend xəbərverir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilininnormalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən“Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarınaəməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzulu panelsessiyada AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoruNadir Məmmədli deyib.

Onun sözlərinə görə, 50 milyon Azərbaycan dilini bilir, lakindik normalarını 10 milyonu yaxşı bilir:

"Azərbaycan dilinin dil normalarını qorumalıyıq. Dilimizin bütünüslubları işləkdir. Lakin bədii ədəbiyyata, elmi üsluba yeni sözlərgəlmir, rəsmi üsluba yeni terminlər gəlmir. Cəmiyyətdən başverirsizsə, publisistik üslub pozulanda baş verir".

Nadir Məmmədli deyib ki, bu gün insanlar düzgün ad seçmirlər,mənasını bilmirlər.

"Hazırda biz orfoqrafiya lüğəti hazırlanır. 82 min sözdəndanışırıq. Bizim bugünədək dil korpusu yaradılmayıb. Niyə? Çuvaşkimi kiçik xalqın dil korpusu var".

Direktor qeyd edib ki, hansısa əcnəbi söz bəyənilirsə, o sözüdilə gətirmək düzgün deyil:

"Dilə müxtəlif yollarla söz gəlir. Əşya dilə söz gətirir. Əcnəbisözləri diliməz gətirmədən əvvəl öncəki lüğətlərimizi axtarmalıyıq.Alınma söz ehtiyacdan dilə gəlir, amma əcnəbi söz mütləq şəkildəhəmişə bir parça kimi gözümüzə girir".

AMEA rəsmisi vurğulayıb ki, yazılı və şifahi mediada dilnormaları ilə problemlər var:

"Mediada qəliz danışmaq lazım deyil. Mediada punktuasiyaproblemi var. Şifahi nitqdə problemlər çoxdur. Yazılı nitqdə dəhəmçinin. Media və dilçilər arasında əlaqə olmalıdır".

Məqalədə:
Seçilən
35
2
az.trend.az

3Mənbələr