AZ

Bayram günlərində banklar və Azərpoçt fəaliyyət göstərəcək

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

8-11 noyabr qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də "Azərpoçt" MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.

"Unikal" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 166 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, "Azərpoçt"un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/press-releases/df9f1615e97e6fd9f6379972e.pdf

https://uploads.cbar.az/press-releases/f80e389321e48917d084ad3ae.pdf

https://uploads.cbar.az/press-releases/eff0d5249d9b82a60e4ebda09.pdf

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
26
unikal.az

10Mənbələr