AZ

Əraqçi: “Zəngəzur dəhlizinin İran üçün heç bir təhlükəsi yoxdur”

“Zəngəzur dəhlizinin İran üçün heç bir təhlükəsi yoxdur. Bizi əmin ediblər ki, hər hansı problem olmayacaq”.

Tribunainfo.az xəbər verir ki, bunu İranın XİN başçısı Abbas Əraqçı deyib.

O bildirib ki, İran bölgədə geosiyasi dəyişikliyə qarşıdır. “Biz regionun sərhədləri və geosiyasətində hər hansı dəyişikliyi qəbul etmirik və hesab edirik ki, regional təhlükəsizliyin təmin olunmasının ən yaxşı yolu regional əməkdaşlıqdır. Bizim ideyamız 3+3-dür”.

Fərda Uğur

Seçilən
28
tribunainfo.az

1Mənbələr