AZ

Tramp adına Zəngəzur dəhlizi - ABŞ Prezidenti çox məmnundur

Tramp: "Marşrutun mənim şərəfimə adlandırılması çox gözəldir"

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp C5+1 sammitində TRIPP (Trump Route for International Peace and Prosperity - Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsi mövzusuna toxuaraq, onun qlobal əhəmiyyətini vurğulayıb.

Amerika liderinin sözlərinə görə, hazırda tikintisi davam edən marşrut dünyanın bir sıra ən mühüm bölgələrindən keçəcək, Xəzər dənizi üzərindən ticarət fəaliyyətini artıracaq və Orta Asiya ölkələrinə fayda verəcək.

Tramp: "Regiondakı hər bir ölkə bu fürsətdən istifadə edərsə, sülhdən faydalanacaq", - dedikdən sonra əlavə edib: "Marşrutun mənim adımla adlandırılması çox gözəldir".

Hürr Tərcüman

 

Seçilən
49
1
hurriyyet.az

2Mənbələr