AZ

Ana dilimizə yad sözlər qatanda savadlı göründüyümüzü düşünürük - Səadət Məmmədova

Bakı. Trend:

Azərbaycan yeganə ölkədir ki, biz ana dilimizin içərisinə yadsözlər qatanda düşünürük ki, daha savadlı görünürük.

Trend xəbərverir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilininnormalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən“Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarınaəməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzulu panelsessiyada Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədovadeyib.

O bildirib ki, nitq mədəniyyəti bizim orta təhsil bazamızdayoxdur.

"Biz indi internet dilində danışan bir nəsil ilə üz-üzəyik.Sosial media dili ilə efir dili arasında sərhədlər çox böyükdür.Bizim efirdə Azərbaycan dilində danışanda onu köhnə dəbadlandırırlar",- deyə o əlavə edib.

Səadət Məmmədovanın sözlərinə görə, ilkin təhsil həm dədanışmağı öyrətməlidir.

"Mən "həsəd" və "həsrət" sözünü bir-birindən fərqləndirə bilməyəgənclər görmüşəm və təəccüblənmişəm ki, o bunu necə bilməyə bilər.Azərbaycan yeganə ölkədir ki, biz ana dilimizin içərisinə yadsözlər qatanda düşünürük ki, daha savadlı görünürük".

"Efir dili həm də mədəniyyət formalaşdırır. Dil vətənin səsidir.Vətənin özünü ifadə formasıdır və o bizim səsimizdən çıxır", - deyəo vurğulayıb.

Məqalədə:
Seçilən
57
az.trend.az

1Mənbələr