AZ

Türkiyədə 17 hakim və bir komanda prezidenti barəsində həbs qərarı çıxarılıb

Türkiyədə futbolda qanunsuz mərclərlə bağlı istintaq çərçivəsində17 hakim və bir Superliqa komandasının prezidenti də daxil olmaqla 21 şübhəli barəsində həbs qərarı verib.

İdman.Biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Rəsmi açıqlamada qeyd olunub ki, araşdırma çərçivəsində hakimlərin ictimai vəzifəli şəxs olmaları nəzərə alınaraq, mərc fəaliyyətlərinin vəzifə öhdəliklərinə zidd davranış olub-olmadığı qiymətləndirilir. Eyni zamanda, bu oyunların maliyyə dəyəri, hakimlərin bu işdən əldə etdikləri gəlir və digər şəxsi gəlirləri ilə müqayisə edilir.

İdman.Biz

Seçilən
20
2
idman.biz

3Mənbələr