AZ

Ukrayna Rusiyanın Krımdakı neft bazasını vurdu

Hurriyyet.az xəbər verir ki, Ukrayna Rusiyanın Krımdakı neft anbarını vurub. 

Noyabrın 6-na keçən gecə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Krımdakı düşmənin logistika obyektlərinə bir sıra zərbələr endirib. Bu barədə  Xüsusi Əməliyyat Qüvvələrinin "Teleqram" kanalında məlumat verilib. Kanalda əməliyyatın təsvirləri də paylaşılıb. Məlumata görə, Xüsusi Əməliyyat Qüvvələrinin dronları Qvardeyskoye qəsəbəsi yaxınlığındakı "Qvardeyskaya" neft anbarına zərbə endirib. Hücum zamanı tamamilə yanacaqla dolu olan RVS-400 çəni məhv edilib.

Eyni ərazidə sistern vaqonları daşıyan iki qatara DA zərbələr endirilib. Vaqonların neft məhsulları ilə yüklü olması genişmiqyaslı yanğınlara səbəb olub.

Açıqlamada deyilir: "Bununla yanaşı, Xüsusi Əməliyyat Qüvvələrinin dronları Simferopol və onun ətrafındakı, o cümlədən, Bitumnoye qəsəbəsindəki bir neçə neft bazasına  və yanacaq-sürtkü anbarlarına  hücumlar edib. Obyektlər məhv edilib və çoxsaylı yanğınlar qeydə alınıb".

Hürr Tərcüman

Seçilən
41
hurriyyet.az

1Mənbələr