AZ

Tramp: “İran ABŞ dan sanksiyaların ləğvini xahiş edir”

ain.az bildirir, Ayna portalına istinadən.

“ABŞ administrasiyası İslam Respublikası hakimiyyətini dinləməyə hazırdır”

Tehran Vaşinqtondan İrana qarşı ABŞ sanksiyalarını ləğv etməyi xahiş edir və “ABŞ administrasiyası İslam Respublikası hakimiyyətini dinləməyə hazırdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

"Və açıq desəm, İran sanksiyaların ləğv edilə biləcəyini soruşur", - deyə o 6 noyabrda Ağ Evdə beş Orta Asiya respublikasının liderləri ilə görüşdə bildirib.

"İranın çox sərt ABŞ sanksiyaları var və bu, onların istədiklərini etmələrini çox çətinləşdirir. Və mən qulaq asmağa hazıram. Nə olacağını görəcəyik, amma mən hazıram", - Amerika lideri əlavə edib.

Qeyd edək ki, bu ilin 4 fevralında Tramp Tehrana maksimum təzyiqi bərpa edən bir sərəncam imzalayıb. Sənəd xüsusən də İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlib. Həmçinin Vaşinqtonu İran neft ixracını azaltmaq üçün səylərini gücləndirəcəyini bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
ayna.az

1Mənbələr