AZ

"Məhsuldarlığın aşağı olması məni razı salmır" - Elvin Məmmədov

1-ci Liqanın 7-ci turunda öz meydanında MOİK-i qəbul edən "Səbail" 1:0 hesablı qələbə ilə xal hesabını 17-yə çatdıraraq liderin ən yaxın izləyicisi mövqeyində qaldı. "Dənizçilər"in baş məşqçisi Elvin Məmmədovla əlaqə saxlayıb matçla fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İlk öncə qələbə münasibəti ilə komandamızı təbrik edirəm. Uşaqlar yaxşı mübarizə apardılar. Ümumiyyətlə, yaxşı qarşılaşma oldu, hər iki komanda layiqli oyun sərgilədi.
Oyunun ilk hissəsində daha yaxşı təsir bağışladıq, təşəbbüs biz tərəfdə idi. İkinci hissədə isə bir az topsuz qaldıq, onu rəqibə asan verirdik. İlk yarıda vurduğumuz yeganə qol sayəsində 3 xalı əldə etdik.
Məhsuldarlığın aşağı olması məni razı salmır. Qol epizotlarına giririk, amma bu imkanları lazımınca dəyərləndirə bilmirik. Bunun üzərində işləyirik. Oyundan-oyuna daha yaxşı olacağıq".

Mirağa 

Seçilən
76
1
fanat.az

2Mənbələr