AZ

Hovuz tikintisi zamanı 700 min avroluq xəzinə tapılıb

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

Fransanın Neyvil-sür-Son adlı yaşayış məntəqəsində hovuz tikintisinə hazırlıq zamanı dəyəri 700 min avrodan çox olan qızıl sikkə və külçələrdən ibarət xəzinə aşkarlanıb. AzPost “Le Figaro” nəşrinə istinadla xəbər verir ki, hadisə bu ilin may ayında baş verib.

Məlumata görə, yerli sakin torpaq işləri apararkən təsadüfən yerin altında polietilen torbalara bükülmüş qızıl sikkələr və külçələr tapıb. Qızılların ümumi dəyərinin 700 min avrodan artıq olduğu bildirilib.

Hüquq-mühafizə orqanları araşdırma zamanı külçələrin üzərindəki nömrələmələrdən müəyyən ediblər ki, qızıl məmulatları təxminən 15–20 il əvvəl yerli müəssisədə qanuni şəkildə istehsal olunub.

Xəzinəni torpağa basdıran şəxsin kimliyi hələ də məlum deyil. Torpaq sahəsinin əvvəlki sahibinin isə artıq vəfat etdiyi qeyd olunur.

Ekspertiza nəticəsində tapılan bütün qiymətli metalların qanuni mənşəyə malik olduğu təsdiqlənib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azpost.info

2Mənbələr