AZ

Çexiya Prezidenti hökumətin istefasını qəbul edib

Çexiya Prezidenti Petr Pavel Baş nazir Petr Fialanın hökumətinin istefasını qəbul edib və mövcud kabinetə yeni tərkib formalaşana qədər ölkəni idarə etməyi tapşırıb.

"Unikal" xarici mediaya istinadla xəbər verir ki, dövlət başçısı bildirib: “Baş nazirin, hökumətin istefasını qəbul edirəm və eyni zamanda, yeni kabinet təyin olunana qədər sizə vəzifələri yerinə yetirməyi tapşırıram”. Daha sonra o, Fialadan bütün nazirliklərin yeni hökumətə rahat şəkildə ötürülməsini təmin etməsini xahiş edib.

Petr Fialanın hökuməti Çexiya parlamentinin açılış sessiyasından sonra istefa vermək qərarına gəlib.

Xatırladaq ki, oktyabrın əvvəlində Çexiyada parlament seçkiləri keçirilib və ANO partiyası qalib gəlib. Amma onun parlamentdə malik olduğu yerlər təkbaşına hökumət qurmağa kifayət etmir. Seçkilərdən dərhal sonra Çexiya Prezidenti Petr Pavel qanunvericilik orqanında daha çox yer alan siyasi partiyaların və hərəkatların rəhbərləri ilə məsləhətləşmələrə başlayıb. Bu partiyalar əvvəllər koalisiya müqaviləsi imzalamışdı.

Çexiyanın yeni hökumətinin dekabrın ortalarından gec olmayaraq vəzifələrinin icrasına başlaması planlaşdırılır.

Seçilən
8
2
unikal.az

6Mənbələr