AZ

“İçərişəhər" metrostansiyasında interval azaldılacaq - Bəxtiyar Məmmədov

Bakı.Trend:

Bakı.Trend:

“İçərişəhər” stansiyasının arxasında inşa ediləcək yeni dönməkamerası Bakı Metropolitenində qatar intervalının azaldılmasınaşərait yaradacaq, lakin bu proses sərnişinlərin hərəkətinə heç birmaneə törətməyəcək.

Bunu Trend-ə bugün “Nərimanov" elektrik deposunda 3 yeni qatarın xəttə verilməsitədbiri çərçivəsində “Bakı Metropoliteni” QSC-nin nümayəndəsiBəxtiyar Məmmədov deyib.

O bildirib ki, işlər elə planlaşdırılıb ki, stansiyanınfəaliyyəti və sərnişin təhlükəsizliyi təmin olunsun:

“İşlər elə aparılacaq ki, qatarlar əvvəlki kimi 'İçərişəhər'stansiyasına daxil olub sərnişinlərini daşıyacaq. Əsas məqsəd tamtəhlükəsiz şəraitdə infrastrukturun yenilənməsini təmin etməkdir.Bu, metro üçün çox vacib inşaat məsələsidir, çünki gələcəkdəxətlərin ayrılması ilə intervalın azaldılması böyük əhəmiyyət kəsbedəcək”.

B. Məmmədov vurğulayıb ki, inşaat sahəsi stansiyanın qalaistiqamətində deyil, əks tərəfdə yerləşəcək:

“Həmin ərazidə aparılacaq işlər qala tərəfinə gediş-gəlişə vəsərnişin axınına heç bir təsir göstərməyəcək. Stansiyanınyaxınlığında insanların hərəkətinə mane olacaq heç bir məhdudiyyətplanlaşdırılmır”.

O əlavə edib ki, layihənin yer seçimi və texniki həlli ilə bağlıişlər artıq yekunlaşmaq üzrədir:

“Layihələndirmə mərhələsi başa çatmaq üzrədir. İstifadə olunacaqüsullar, inşaat texnologiyaları və görüləcək yeniliklər yaxındövrdə ictimaiyyətə təqdim olunacaq. Bu ilin sonuna qədər layihəüzrə fəal mərhələyə başlanması, növbəti ildən isə inşaat işlərininintensiv şəkildə aparılması gözlənilir”.

Seçilən
58
3
az.trend.az

9Mənbələr