AZ

Musialanın dönüşünün Bayern ə faydalı olacağından əmin deyiləm

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

"Bayern Münhen"in sabiq müdafiəçisi Filip Lam zədəli Camal Musiala ilə bağlı maraqlı fikirlər səsləndirib.

Fanat.Az xəbər verir ki, "The Touchline" tanınmış veteranın ulduz futbolçu ilə bağlı dediklərini belə təqdim edib:

"Musiala qayıtdıqdan sonra "Bayern"i görmək maraqlı olacaq. Komanda indi stabildir və onsuz da çox yaxşı oynayır. Hücum Keynin ətrafında qurulub və o, daim qol vurur.

Musiala ən çox maaş alan oyunçulardan biridir: müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadıb. Bəli, o, istedadlı oyunçudur, lakin sual ondan ibarətdir ki, Kompani onu komandaya inteqrasiya edə biləcək? O, Musialasız davam edəcək, yoxsa bu bütövlüyü pozacaq? Şəxsən mən Musialanın dönüşünün "Bayern"ə faydalı olacağından əmin deyiləm".

Qeyd edək ki, Musiala yayda Klublararası Dünya Çempionatı çərçivəsində PSJ ilə matçda aldığı ciddi zədə səbəbindən mövsümün ilk yarısını buraxır. Münhenlilər onun yoxluğunda keçirdikləri 16 matçdan 16-da da qalib gələrək Bundesliqaya başçılıq edir.

Camal Musialanın dönüşü dekabr-yanvar aylarına planlaşdırılıb.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
fanat.az

1Mənbələr