Ukrayna Xüsusi Əməliyyat Qüvvələri işğal altındakı Krımda yerləşən “Qvardeyskaya” neft bazasının dron zərbəsi ilə vurulması anlarını əks etdirən kadrlar yayımlayıb.
Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, hücum noyabrın 5-dən 6-na keçən gecə həyata keçirilib.
Zərbə nəticəsində RVS-400 markalı yanacaq çəni məhv edilib. Məlumata görə, zərbə anında çən tam dolu vəziyyətdə olub.
Həmçinin həmin ərazidə yanacaq yüklü iki Rusiya qatarı da sliv-naliv estakadasında hədəfə alınıb və sıradan çıxarılıb.
Bundan əlavə, Simferopolda və şəhərin kənar ərazilərində bir neçə neft bazası və yanacaq-sürtgü materialları anbarı da dron hücumlarına məruz qalıb. Nəticədə rezervuar parkına məxsus obyektlər məhv edilib, çoxsaylı yanğın hadisələri qeydə alınıb.
Bizim.Media