AZ

Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holding” tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi (FOTO)

Bakı. Trend:

2025-ci il noyabrın 6-da “PAŞA Holding” və Bakı Şəhər İcraHakimiyyəti arasında Razılaşma protokolu imzalanıb. Protokolaəsasən “PAŞA Holding”in maliyyə dəstəyi ilə inşa edilmiş ZəfərParkı və Zəfər Muzeyi Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib.Sənədi “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və BakıŞəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov imzalayıblar.

Zəfər Muzeyi 2024-cü ildə tikilmiş Zəfər Parkının ərazisindəyerləşir. Hər iki layihənin inşası Azərbaycan xalqının 2020-ci ildəəldə etdiyi tarixi Qələbəni və Vətən uğrunda canından keçənşəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

Zəfər Parkının ümumi ərazisi 9.16 hektar, yaşıllıq zonaları isə4.24 hektar təşkil edir. Layihə çərçivəsində 44 metr hündürlüyündəZəfər tağı, 9.9 metr hündürlüyündə memorial abidə, həmçininşəhidlərin adlarının yazıldığı 8.8 metr hündürlüyündə xatirə divarıinşa edilib. Parkın tikintisinə 114.5 milyon AZN vəsait sərfolunub.

Zəfər Muzeyinin ümumi sahəsi 4278 m² olan bina, 8 sərgi zalı,auditorium zonası (90.7 m²) və s. ilə ziyarətçilərin istifadəsinətəqdim olunacaq. Muzeyin inşası üçün 59.5 milyon AZN məbləğindəvəsait ayrılıb.

Tarixi Zəfərimiz, Azərbaycan Respublikasının ərazi bütövlüyününvə suverenliyinin tam bərpa olunması bütün Azərbaycan xalqı kimi,“PAŞA Holding” üçün də xüsusi önəm kəsb edir. İstər işgüzarfəaliyyəti, istərsə də sosial məsuliyyət təşəbbüslərində “PAŞAHolding” bu mövzulara daim diqqət və həssaslıqla yanaşır.

“PAŞA Holding” 2021-ci ildən etibarən azad olunmuş ərazilərinbərpa və yenidənqurma prosesində fəal iştirak edir. Xüsusilətarixi, dini və mədəni irsin qorunması istiqamətində Holding birsıra mühüm layihələrə dəstək verib. Şirkətin maliyyə dəstəyi iləAşağı Gövhərağa, Yuxarı Gövhərağa, Saatlı məscidi, Ağdam Cüməməscidi, Qiyaslı kənd məscidi bərpa olunub. Həmçinin, işğaldan azadolunmuş ərazilərimizdə Suqovuşan məscidi, Zəngilan məscidi, Hadrutməscidi və Daşaltı məscidi inşa edilib. Qeyd edək ki, hal-hazırdaŞuşa, Cəbrayıl və Laçın məscidlərinin inşası davam etdirilir.

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Seçilən
27
11
az.trend.az

10Mənbələr