AZ

“Sabah”ın özbək legioneri: “Kəpəz”lə oyuna fokuslanmışıq”

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Bizim üçün çox çətin oyun oldu". Bu sözləri Sport24.az-a "Sabah"ın futbolçusu Umarali Raxmonaliyev deyib. Yarımmüdafiəçisi "Qəbələ"yə qalib gəldikləri (1:0) Misli Premyer Liqasının X turunun matçı ilə bağlı fikirlərini bölüşüb: "Rəqib bizi yaxçı təhlil etmişdi. Matç zamanı onların da bizim də imkanlarımız oldu. Fikrimcə, bizim qol imkanlarımız daha real idi. Lakin tam istifadə edə bilmədik. Əsas olan 3 xal idi ki, onu da qazandıq". Özbəkistanlı oyunçu XI turda "Kəpəz"ə qarşı keçirəcəkləri görüşə də toxunub:"Artıq əvvəlki qarşılaşmanı unutmalıyıq. Qarşıdakı oyunlara köklənməliyik. "Kəpəz"lə matça da yaxşı hazırlaşırıq. Hədəfimiz yenə üç xal qazanmaqdır".Qeyd edək ki, "Kəpəz" - "Sabah" oyunu noyabrın 9-da olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
sport24.az

2Mənbələr