AZ

Tramp: “Ukrayna münaqişəsinin həllində böyük inkişaf var”

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Mərkəzi Asiya liderləri ilə görüşündə belə deyib.Amerika lideri bir daha Vaşinqtonun Ştatlar “səkkiz ayda səkkiz müharibəni bitirdiyini” və Kiyevlə Moskva arasındakı müharibəyə də son qoymaq istədiyini vurğulayıb. “Hələ buna nail olmamışıq, amma düşünürəm ki, çox irəliləyiş əldə etmişik. Biz yalnız bu müharibənin sona çatmasını istəyirik. Mən bu müharibənin bitməsini istəyirəm. Əminəm ki, hər iki tərəfin sonda çox ağıllı hərəkət edəcək və döyüşləri dayandırmağa razılaşacaq”, - Donald Tramp bildirib. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da dünən Ukrayna münaqişəsinin tənzimlənməsi prosesində müəyyən irəliləyiş olduğunu açıqlayıb. Bununla belə, o, etiraf edib ki, “bu, mürəkkəb münaqişədir və hər iki tərəf bir-birinə inanmır”. Rusiya tərəfi, öz növbəsində, daha əvvəl qeyd etmişdi ki, Trampın nizamlanmaya nail olmaq istəyi “yalnız müsbət hisslər doğurur”. Lakin Rusiya ilə Ukrayna arasında münaqişə “o qədər mürəkkəbdir ki, onu bir gecədə həll etmək mümkün deyil”. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
azvision.az

2Mənbələr