"Ayaks" klubu ötən gün baş məşqçisi Con Heytinqa ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, Amsterdam təmsilçisi "Qalatasaray"a 0:3 hesablı məğlubiyyətdən sonra onun işinə son verib.

Yeni baş məşqçisinin Erik ten Haq olacağı gözlənilir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər arasında danışıqlar gedir. Ancaq Ten Haq hələlik yekun qərarını verməyib.

O, daha əvvəl 2018-22-ci illər arasında "Ayaks"ı çalışdırıb və kluba 3 dəfə Niderland çempionluğu qazandırıb.

Qeyd edək ki, "Ayaks" dekabrında 10-da Bakıda "Qarabağ"la qarşılaşacaq. Amsterdam klubu Çempionlar Liqasının Liqa mərhələsindəki ilk 4 matçının hamısında məğlub olub və 36 komanda arasında sonuncu yerdədir.