AZ

Tramp: "Azərbaycan və Ermənistan arasındakı yeni marşrutun mənim şərəfimə adlandırılmasını səmimi şəkildə dəyərləndirirəm"

"TRIPP (The Trump Route for International Peace and Prosperity - "Tramp marşrutu") layihəsi dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən nəqliyyat dəhlizidir. O, Xəzər dənizinin o tayında ticarətin inkişafını stimullaşdırmaq və Mərkəzi Asiya ölkələrinin inkişafına töhfə vermək məqsədi daşıyır".
 
Bunu ABŞ Prezidenti Donald Tramp "C5+1" görüşü zamanı bəyan edib.
 
Trampın sözlərinə görə, bu marşrutun həyata keçirilməsi Azərbaycan və Ermənistan arasında tarixi razılaşma sayəsində mümkün olub.
 
"Bu tarixi razılaşma yeni "Tramp marşrutu"nun yaradılmasını da nəzərdə tutur. Bu, əladır. Onlar (Azərbaycan və Ermənistan - red.) onu mənim şərəfimə adlandırıblar və mən bunu səmimi şəkildə dəyərləndirirəm. Əslində, bu, böyük nailiyyətdir. Yeni "Tramp marşrutu" beynəlxalq sülhə gedən yoldur. O, iqtisadi cəhətdən vacib regiondan keçir və Xəzər dənizinin o tayında ticarətin inkişafına töhfə verəcək, Mərkəzi Asiya xalqlarına kömək edəcək. Əminəm ki, bu gün burada olan hər bir ölkə sülh yolunda açılan imkanlardan faydalana biləcək", - deyə Tramp qeyd edib.

 

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ prezidentinin iştirakı ilə yeddi bənddən ibarət birgə Bəyannamə imzalayıblar. Bunlardan biri regional kommunikasiyaların açılması çərçivəsində Ermənistan ərazisindən keçəcək 42 kilometrlik sahəni əhatə edən Zəngəzur dəhlizinin ("Tramp marşrutu") açılmasını nəzərdə tutur. Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi paraflayıblar.
 
Seçilən
20
1
moderator.az

2Mənbələr