UEFA Konfrans Liqasının əsas mərhələsinin 3-cü turunda Ermənistan “Noa”sı ilə Çexiya “Siqma”sı arasında İrəvanda keçirilən matç tribunada davaya görə birinci hissənin ortalarında bir neçə dəqiqəlik dayandırılıb.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə hər iki komandanın azarkeşlərinin toqquşması ilə bağlı xəbərlər yayılıb. Həmin vaxt qonaqlar 2-1 öndə olub.
Hakim komandaların meydanı tərk etmələrini xahiş edərək oyunu yarımçıq qoyub.
“Noa” klubunun sahibi Vardkes Vardanyan azarkeşləri sakitləşdirmək üçün onlara müraciət edib.
Qarşılaşmada yaranan fasilə qısamüddətli olub və oyun yenidən davam etdirilib.