AZ

Türkiyədə mərc qalmaqalı: 17 hakim və bir Super Liqa klubunun prezidenti saxlanıldı

BAKI, 7 noyabr. TELEQRAF

Türkiyədə mərc oyunlarına görə aralarında 17 hakim və bir Super Liqa klubunun prezidentinin də olduğu 21 şübhəlidən 18-i saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu rəsmi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər barəsində həbs qərarı verilib. Ümumilikdə 21 nəfərin İstanbul da daxil olmaqla 12 müxtəlif şəhərdəki ünvanlarında axtarış, müsadirə və saxlanılma tədbirləri həyata keçirilib.

Açıqlamada qeyd olunub ki, İstanbul Baş Prokurorluğunun apardığı cinayət təhqiqatı ilə Türkiyə Futbol Federasiyasının (TFF) həyata keçirdiyi inzibati istintaq arasında fərq var. Yəni TFF-nin intizam qaydalarına əsasən cəza verdiyi şəxslərlə bağlı hüquqi qiymətləndirmə fərqli ola bilər. Həmçinin TFF tərəfindən heç bir tədbir görülməyən şəxslər haqqında da ayrıca cinayət istintaqı aparıla bilər.

Xatırladaq ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu oktyabrın 27-də verdiyi açıqlamada “371 hakimin mərc hesabı mövcuddur, onlardan 152-si aktiv şəkildə mərc oyunlarında iştirak edir” demişdi. Bu açıqlamadan sonra məsələ ilə bağlı rəsmi istintaqa başlanılıb.

Seçilən
35
1
teleqraf.com

2Mənbələr