AZ

Cənubi Koreyada qüllə uçub, ölənlər var - TƏCİLİ


Cənubi Koreyanın cənub-şərqində yerləşən Ulsan şəhərindəki istilik elektrik stansiyasında qazanxana qülləsinin çökməsi nəticəsində ən azı üç nəfər həlak olub. "Yonhap" agentliyinin məlumatına görə, 60 metr hündürlüyündəki qüllə partlayıcı maddələr vasitəsilə sökülməli idi. Qüllənin altında qalan bütün insanların subpodratçı şirkətin işçiləri olduqları ehtimal edilir.
Hadisə yerində əvvəlcə bir nəfərin həlak olması təsdiqlənib, daha sonra xilasedicilər dağıntılar altından daha iki işçinin cəsədini çıxarıblar. Bundan əlavə, iki nəfər itkin düşmüş hesab edilir, lakin xilasedicilər onların hər ikisinin həlak olmasından ehtiyat edirlər.

Mətləb

Seçilən
23
1
baki-xeber.com

2Mənbələr