AZ

Türkiyədən Azərbaycana hazır geyim ixracı 44 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz azalaraq, 44 milyon 662 min 50 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında Azərbaycana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq, 5 milyard 415 min 47 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 14 milyard 219 milyon 509 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 1 milyard 512 milyon 144 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 16 milyard 964 milyon 805 min dollar məbləğində hazır geyim ixrac edib.

Seçilən
0
8
turkic.world

10Mənbələr