AZ

LDU-da möhtəşəm Zəfər təntənəsi

Lənkəran Dövlət Universitetində (LDU) 8 Noyabr-Zəfər Gününün 5 illiyinə həsr olunmuş silsilə tədbirlər-elmi konfrans, kitab və rəsm sərgiləri möhtəşəm Zəfər konserti ilə yekunlaşıb.

AzEdu.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni iştirakçılar tərəfindəni canlı ifa edilib.

Musiqili ədəbi bayram tədbirində vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səslənib. Tələbələrin oynaq rəqsləri, saz havaları, xor ifaları tədbirə bir əlvanlıq, şuxluq qatıb. Prezident mükafatçısı Qoca Ərəbovun sazda ifa etdiyi “Qarabağ şikəstəsi” zalın alqışları ilə müşayət olunub.

Ü. Hacıbəylinin “Koroğlu”nun üverturası ilə start götürən tədbir “Cəngi” nin möhtəşəm sədaları altında “Azərbaycan” mahnısının kollektiv ifası ilə yekunlaşıb. Konsert proqramından sonra LDU tələbələrinin 8 Noyabr-Zəfər Günü və 9 Noyabr- Bayraq Gününə həsr etdikləri rəngkarlıq əsərlərindən ibarət sərgiyə baxış olub. Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov vətənpərvərlik, qəhrəmanlıq hisslərini rəsm dili ilə tərənnüm edən istedadlı gənclərə yaradıcılıq uğurları arzulayıb, peşəkarlıqlarını yüksək qiymətləndirərək təşəkkürünü bildirib.

Prof. Natiq İbrahimov tədbir zamanı LDU-dakı şəhid ailələrinin üzvləri, qazilərlə görüşüb, kollektiv adından onlara Zəfər təbrikini çatdırıb, şəhidlərin xatirəsinin heç zaman unudulmayacağını, qədirbilən xalqımız tərəfindən daima yaşadılacağını bildirib.

Seçilən
37
3
azedu.az

4Mənbələr