AZ

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

Parlamentin keçmiş üzvü Etibar Əliyev Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin sabiq müdiri, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyevin ev dustaqlığında olan Ramiz Mehdiyevlə bağlı bildirdiyi fikirləri ictimailəşdirib.

Tribuna xəbər verir ki, Şahin Əliyev insan kimi formalaşmasında Ramiz Mehdiyev məktəbinin böyük rolu olduğunu bildirib.

Sitat: “İnsan kimi formalaşmağımda Ramiz Mehdiyev məktəbinin böyük rolu olub. Prezident Administrasiyası spesifik orqandır. Biz bilavasitə cənab Prezidentin qarşısında məsuliyyət daşıyırıq, bu məsuliyyəti necə dərk etmək, necə hiss etmək, necə rəhbər tutmaq – hamısını Ramiz Mehdiyev öyrətmişdi. Leninin populyar olmuş sözləri var idi ki, dövlət idarəetməsini hər bir qabyuyan bacarmalıdır. Bu vaxt Platonun sözləri yaddan çıxarılmışdı. O yazmışdı ki, dövlət idarəetməsi elmdir, bu elmi hər bir insan dərk etmək iqtidarında deyil. Ramiz müəllim və bizim iş təcrübəmiz Platonun sözlərini təsdiqlədi”.

Sabiq deputat E.Əliyev Şahin Əliyevin bu sözlərini “sözün bitdiyi yer” kimi qiumətləndirib:

“Adamda görün nə qədər fikir kasadlığı var. Leninlə Platondan gətiriyi sitatları uzlaşdıra bilmir. Şahin müəllim bir məsəldə də səhvə yol verib. Enveroviçin onun insan kimi formalaşmasında deyil, “homo ludens” (oynayan insan) kimi formalaşmasında böyük rolu olub”.

Gülşən Rəsul

Seçilən
27
3
tribunainfo.az

4Mənbələr