AZ

Azərbaycanda meşələrdə ağacların nişanlanmasına və şəffaflığın artırılmasına start verilin

Bakı. Trend:

Meşə fondu torpaqlarında qanunsuz ağac kəsintisinin qarşısınınalınması istiqamətində həyata keçirilən bir sıra tədbirlərləyanaşı, xüsusi həssas meşə ərazilərində ağaclarıninventarlaşdırılması və nişanlanması işlərinə başlanılıb.

Trend xəbər verir ki, bubarədə Meşələrin İnkişafı Xidməti məlumat yayıb.

Bildirilir ki, ilkin mərhələdə bu proses cənub bölgəsində,Meşələrin İnkişafı Xidmətinin 11 saylı Regional Meşə TəsərrüfatıMərkəzinin nəzarət etdiyi Yardımlı və Cəlilabad meşələrindəaparılır və mərhələli şəkildə daha həssas, risk səviyyəsi yüksəkolan digər meşə fondu torpaqlarında davam etdiriləcək.

Nişanlanma prosesi zamanı hər bir ağacın növü, diametri, yaşı vədigər göstəriciləri qeydə alınır. Ağaclara yerləşdirilənnişanlardakı QR kod vasitəsilə ictimaiyyət www.agac.az portalındanhər bir ağac haqqında məlumat əldə edə biləcək. Bu sistem meşələrinmühafizəsinin gücləndirilməsinə və şəffaflığın artırılmasına imkanyaradacaq.

Bununla yanaşı, ölkə üzrə meşə fondu sərhədlərinindəqiqləşdirilməsi və dürüstləşdirilməsi istiqamətində genişmiqyaslıişlər görülür, meşə fondu xəritələri yenidən işlənilir. Artıq ikiilə yaxındır ki, Meşələrin İnkişafı Xidməti və Əmlak MəsələləriDövlət Xidməti bu istiqamətdə birgə fəaliyyət göstərir. Hazırdaproses yekun mərhələdədir və 2025-ci ilin sonuna kimi başaçatdırılacaq. Eyni zamanda meşə sahələrində meşə quruluşu vəplanlaşdırma xəritələrinin hazırlanması işləri də tamamlanmaqüzrədir.

Meşə fondu torpaqlarında yerləşən rekreasiya fəaliyyətininqanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədiləgenişmiqyaslı təftiş işləri aparılıb, qanunvericiliyin tələblərinəcavab verməyən fəaliyyətlər məhdudlaşdırılıb, müvafiq müqavilələrəxitam verilib. Hazırda bu istiqamətdə nəzarət tədbirləri davametdirilir. Görülən tədbirlər nəticəsində son bir il ərzində 1869hektar meşə fondu torpağı zəbtdən azad edilərək meşəbərpa işlərinəcəlb olunub.

Qış mövsümünə hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərinəhalisinin, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbihissələrinin, eləcə də təhsil, səhiyyə müəssisələrinin oduna olantələbatını ödəmək məqsədilə hazırda ölkə üzrə meşə ərazilərininxüsusi ayrılmış sahələrində odun tədarükü işləri davam etdirilir.Odun tədarükü məqsədilə müəyyən edilən qırma sahələrinin siyahısı 6avqust 2025-ci il tarixində Ekologiya və Təbii SərvətlərNazirliyinin rəsmi saytında yerləşdirilib və odun tədarükü yalnızqeyd olunan sahələrdə həyata keçirilir.

Ayrılmış sahələr barədə ətraflı məlumatla linkə (https://eco.gov.az/az/nazirlik/xeber?newsID=27634)keçid edərək tanış olmaq mümkündür.

Görülən bütün bu tədbirlər meşə fondunun qorunması, qanunsuzfəaliyyətlərin qarşısının alınması və meşə təsərrüfatının şəffafidarə olunması istiqamətində mühüm əhəmiyyət daşıyır.

Məqalədə:
Seçilən
76
5
az.trend.az

6Mənbələr