AZ

“2017 kimi olacaq” demişdi, nə oldu bəs? - VİDEO

Türkiyəli idman jurnalisti Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək “Qarabağ” - “Çelsi” qarşılaşmasının nəticəsi ilə bağlı Bakıda azarkeşlərin təxminlərini soruşub.

Sportinfo.az xəbər verir ki, rəqib komandanın azarkeşi suala 2017-ci ildəki nəticənin bənzəri olacaq deyə cavab verib.

Dünən baş tutan matçın yekun nəticəsi ilə “Çelsi” azarkeşinin üst-üstə düşməyən cavabı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

2017–2018 Çempionlar Liqası mövsümündə “Qarabağ” və “Çelsi” iki dəfə üz-üzə gəlib. Londonda baş tutan ilk oyundan “Qarabağ” 6:0, Bakıda isə 0:4 hesabı ilə məğlub ayrılıb.

Dünənki matçda isə Azərbaycan təmsilçisi İngiltərə nəhəngi ilə 2:2 hesablı heç-heçə edib.

Seçilən
38
sportinfo.az

1Mənbələr