AZ

Sənayeçi: Elektromobil istehsalını idarə edənlərin səviyyəsi yoxdur

Hazırda Livanda pedaqoji fəaliyyətlə məşğul olan, daha doğrusu bu ölkəyə sığınan Nissanın keçmiş icraçı direktoru Karlos Qon vaxtaşırı mətbuata açıqlamalar verir. 

Avtosfer.az xəbər verir ki, Qon fransız avtomobil jurnalisti Qiyom Pleyə müsahibəsində bir çox maraqlı məqama toxunub. Elektromobillə bağlı fikirlər isə daha çox maraq doğurub.
“Nə qədər ki, elektromobil istehsalı səviyyəsizlərin nəzarətindədir, avropalı, amerikalı, yaponiyalı və hətta koreyalı konstruktorlar heç nə edə bilməyəcəklər. Onlar texnologiya, logistika, iddia və şübhəsiz dövblət dəstəyi ilə gələn çinlilərin qarşısında dayanmalıdırlar” – deyə keçmiş sənayeçi bildirib.
Karlos Qon əlavə edib ki, bu gün avtomobil sənayesində kreativlik ölüm, ya qalım məsələsidir.

Vüqar

Seçilən
45
1
avtosfer.az

2Mənbələr