AZ

ABŞ qərarı fonunda “Lukoil”un səhmləri ucuzlaşdı

BAKI, 7 noyabr. TELEQRAF

Rusiyanın “Lukoil” şirkətinin səhmləri cümə axşamı səhər ticarət sessiyasının açılışında 4 faizdən çox ucuzlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Moskva Birjasının məlumatlarında qeyd olunur.

Qiymət azalması, beynəlxalq neft treydinq şirkəti "Gunvor"un “Lukoil”in xarici aktivlərini almaqla bağlı təklifini geri çəkməsindən sonra qeydə alınıb.

Saat 07:00-da (Bakı vaxtı ilə 08:00) “Lukoil” səhmləri 4,23% azalaraq 5 223 rubl səviyyəsinə düşüb. Daha sonra azalma bir qədər zəifləyərək 5 270,5 rubla (-3,36%) bərabər olub.

ABŞ Maliyyə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, Ukrayna münaqişəsi bitənədək Gunvor-a fəaliyyət və gəlir əldə etməyə imkan verən lisenziya verilməyəcək.

Seçilən
59
4
teleqraf.com

5Mənbələr