AZ

Sarkozinin həbsxanada yalnız yoqurt yeməsinin SƏBƏBİ BİLİNDİ

Fransanın sabiq prezidenti, Parisdəki "Sante" həbsxanasında saxlanılan Nikolya Sarkozi oradakı yeməklərindən imtina edir və yalnız yoqurtla qidalanır.

 

Bu barədə "Le Point" qəzeti yazıb.

 

"O, bir çox məhbusların onu sevmədiklərini başa düşdüyü üçün kamerasına gətirilən yeməklərin qəbulundan imtina edir", - deyə nəşr yazır.

 

Bildirilir ki, Sarkozi məhbusların onun yeməyinə tüpürə və ya daha pis şeylər edə biləcəklərindən qorxur. Buna görə də oktyabrın 21-də həbsxanaya gətirildiyi gündən yalnız yoqurtla qidalanır. Sabiq prezident ərzaq almaqdan və özü üçün yemək bişirməkdən də imtina edir, çünki ümumiyyətlə yemək bişirməyi bacarmır.

 

Mənbənin məlumatına görə, Sarkozi hətta yumurta qaynatmağı belə bacarmır və prinsipial olaraq bunu etməyəcəyini bildirir.

 

Xatırladaq ki, Nikolya Sarkozi 2007-ci il prezident seçkisi kampaniyasının Liviya hakimiyyəti tərəfindən qanunsuz maliyyələşdirilməsi işi üzrə təqsirli bilinərək, beş il müddətinə həbs cəzasına məhkum edilib. Bu ilin oktyabrında həbsxanaya gətirilən Sarkozi son bəyanatında bildirib ki, sabiq prezidenti deyil, günahsız insanı həbsə atırlar.

 

Lakin Sarkozinin vəkilləri əmindirlər ki, o, Milad bayramına qədər azadlığa buraxılacaq.

 

Oxu.az

Tarix: 7 Noyabr 2025, 08:04   
Seçilən
36
pravda.az

1Mənbələr