AZ

ABŞ nüvə silahı arsenalında birincidir, lakin məqsədimiz nüvəsiz sülhdür - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrininliderləri ilə keçirilən görüşdən sonra jurnalistlərin suallarınıcavablandırıb.

Trend xəbər verirki, dövlət başçısı çıxışı zamanı ABŞ-nin nüvə potensialından vəqlobal nüvəsizləşmə məsələsindən danışıb.

“Bizim kifayət qədər nüvə silahımız var. Biz birinci, Rusiyaikinci, Çin isə üçüncüdür. Dünyanı 150 dəfə partlada bilərik, lakinbuna ehtiyac yoxdur”, – deyə Tramp bildirib.

O, nüvəsizləşmənin vacibliyini vurğulayaraq qeyd edib ki, artıqbu mövzuda Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri SiCinpinlə danışıqlar aparıb. “Hər kəs bu qədər pulu silahlanmayayox, insanlara fayda verəcək sahələrə yönəltmək istəyir. Mən sülhistəyirəm və bütün dünyada sülhün bərqərar olmasını arzulayıram”, –ABŞ Prezidenti əlavə edib.

Seçilən
62
az.trend.az

1Mənbələr