AZ

Vaşinqtonda sakin sendviç atdığına görə bəraət alıb

Bakı. Trend:

Vaşinqton məhkəməsi ABŞ Prezidenti Donald Trampadministrasiyasının siyasətinə etiraz edən və hüquq-mühafizə orqanıəməkdaşına sendviç atmaqda ittiham olunan şəxsi günahsız elanedib.

Trend xəbər verirki, bu barədə “The Washington Post” məlumat yayıb.

Avqust ayında münsiflər heyəti 37 yaşlı Vaşinqton sakini ŞonDannın ağır cinayət ittihamı ilə mühakimə olunmasından imtina edib.İş daha sonra yüngül cinayət kimi qiymətləndirilib və noyabrın 6-daməhkəmə onu günahsız hesab edib.

Müdafiə tərəfi bildirib ki, atılan sendviç zərərsiz olub vəzabit gülləkeçirməz jilet geyindiyi üçün ona fiziki zərər dəyəbilməzdi. Dann isə özünün yalnız Trampın siyasətini tənqid etdiyinəgörə hədəfə alındığını söyləyib.

İttiham aktına əsasən, 2025-ci ilin avqustunda Dann küçədəMetropolitan Nəqliyyat Polisi və ABŞ Gömrük və Sərhəd Mühafizəsiəməkdaşlarına yaxınlaşıb, onları təhqir edib və daha sonrazabitlərdən birinin sinəsinə sendviç atıb. O, hadisə yerindənqaçmağa çalışarkən saxlanılıb.

Baş prokuror Pam Bondinin sözlərinə görə, Dann əvvəllər ABŞƏdliyyə Nazirliyində çalışıb, lakin hadisədən sonra işdən azadedilib.

Seçilən
52
az.trend.az

1Mənbələr