AZ

Erik Ten Haq “Ayaks”a qayıda bilər Romano

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq “Ayaks”a qayıda bilər.

İdman.Biz bu barədə insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Məlumata əsasən, Amsterdam klubu keçmiş baş məşqçi Con Heytinqanın işdən çıxarılmasından sonra 55 yaşlı mütəxəssislə müqavilə imzalamaqda maraqlıdır.

“Ayaks” kluba qayıtmaq təklifi ilə Ten Haqa müraciət edib, lakin məşqçi hələlik yekun qərar verməyib.

Ten Haq 2018-22-ci illərdə “Ayaks”a rəhbərlik edib.

Heytinqa 2025-ci ilin iyul ayında “Ayaks”a baş məşqçilik etməyə başlayıb, lakin 15 oyundan sonra vəzifəsindən azad edilib. Ten Haq yayda Almaniyanın “Bayer Leverkuzen” klubuna baş məşqçilik etməyə başlayıb, lakin üç oyundan sonra vəzifəsindən azad edilib.

“Ayaks” hazırda Erediviziyada 11 oyundan 20 xalla dördüncü yerdədir və lider “Feyenoord”dan səkkiz xal geridədir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
icma.az

2Mənbələr