AZ

Qazaxıstan ABŞ sanksiyalarının təsirini azaltmaq üçün Vaşinqtonla danışıqlar aparır

Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Vaşinqtonda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin direktoru Bredli Smitlə danışıqlar aparıb.

Musavat.com xəbər verir ki, məlumatı Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilir ki, danışıqlar zamanı ABŞ sanksiyalarının Qazaxıstan iqtisadiyyatına təsirini minimuma endirmək məsələsi müzakirə olunub: "Görüş zamanı tərəflər ABŞ sanksiyalarının Qazaxıstan iqtisadiyyatına gözlənilməz təsirlərinin minimuma endirilməsini və mövcud məhdudiyyətlər çərçivəsində tərəfdaşlarla qarşılıqlı əlaqənin praktik aspektlərini müzakirə ediblər".

Tərəflər "qarşılıqlı hörmətə əsaslanan açıq, praqmatik və şəffaf dialoqa" sadiq olduqlarını bir daha təsdiqləyiblər və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Oktyabr ayının sonunda Akkenjenov Qazaxıstan hökumətinin ölkədəki layihələrdə iştirak edən Rusiyanın Lukoyl şirkətinə tətbiq olunan Qərb sanksiyalarının təsirini araşdırdığını açıqlayıb "Sanksiyalar öyrənilir; onların şirkətlərə və iqtisadiyyata təsiri tam qiymətləndirilməlidir".

Qeyd edək ki, oktyabrda ABŞ Maliyyə Nazirliyi Rosneft və Lukoyl neft şirkətlərinə, eləcə də onların 34 törəmə şirkətinə qarşı sanksiya tətbiq edib. Ondan əvvəl eyni addımı Böyük Britaniya da atıb.

Musavat.com

Seçilən
74
musavat.com

1Mənbələr