AZ

BMT: İsrailin hava zərbələri Livanda sülh prosesini pozur

BAKI, 7 noyabr. TELEQRAF

BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin komandanlığı İsrailin artan hərbi əməliyyatları ilə bağlı dərin narahatlıq ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə qurum bəyənat yayıb.

“İsrailin hava zərbələri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin açıq şəkildə pozulmasıdır. Bu miqyasda dağıdıcı hərbi əməliyyatlar münaqişənin siyasi-diplomatik yolla həllinə doğru əldə edilən irəliləyişi sarsıdır”, - qurum qeyd edib.

Məlumata görə, hücumlar Litan çayının cənubunda Livan ordusunun qanunsuz silahların müsadirəsi və qeyri-qanuni silahlı qrupların infrastrukturlarının ləğvi üzrə tədbirlər gördüyü bir vaxtda həyata keçirilib.

BMT sülhməramlıları İsraili dərhal hücumları dayandırmağa, Livan tərəflərini isə qarşılıqlı cavab addımlarından çəkinməyə çağırıblar.

Seçilən
87
3
teleqraf.com

4Mənbələr